Bakcell şirkəti beynəlxalq zənglər üçün vahid qiymət tarifi tətbiq edir. İstənilən xarici ölkəyə zəng edərkən bütün Bakcell abunəçiləri ən sərfəli qiymətlərlə danışacaqlar.
- Həftəiçi və bütün rəsmi iş günlərində - 0.32 ₼/dəq. Hər gün saat 00:00-08:00 arası, həftəsonu (şənbə-bazar), bütün rəsmi qeyri–iş günlərində - 0.24 ₼/dəq.
- Peyk telefonlarının və premium operatorların nömrələri istisna edilir (Inmarsat, INTL Networks və digər bu qəbildən olan nömrələrə zəngləri 3.50 ₼/dəq. təşkil edir). Siyahı ilə daha ətraflı tanış olmaq üçün faylları yükləyin: Satellite, Premium Rate Operators.
- Business tarifinin korporativ nömrələrinə sahib olan abunəçilər öz kuratorlarına müraciət etməlidir.