İndi yükləyin!
Bakcell Azərbaycanda mobil rabitə xidməti göstərən ilk şirkətdir. Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell 3 milyondan artıq abunəçini geniş çeşidli və yüksək keyfiyyətli müasir telekommunikasiya xidmətləri (zəng və mobil internet) ilə təmin edir.
ƏtraflıHörmətli jurnalistlər,
Zəhmət olmasa, suallarınızı media@bakcell.com elektron poçt ünvanına göndərin. Məktubunuzun sonunda öz adınızı və təmsil etdiyiniz KİV-nin adını qeyd edin.
Məktubu göndərdikdən sonra siz onun çatması haqqında bildiriş alacaqsınız. Bu, sualınızın cavabı deyil. Suallara cavab adətən, sorğunun həcmindən asılı olaraq bir neçə iş günü ərzində verilir. Cavabların hazırlanması ilə bağlı gecikmə olduğu halda əməkdaşlarımız sizinlə əlaqə saxlayacaq.
Biz sizinlə əməkdaşlığı yüksək qiymətləndiririk!
Təşəkkür edirik!
Bakcell MMC bütün iş münasibətlərində peşəkar, ədalətli və dürüst davranmağa çalışır. Şirkətimiz Rüşvət və Korrupsiya ilə Mübarizə Sistemlərinin yaradılması mərhələsindədir. Bu sistemlər şəffaf, səmərəli və risksiz bir korporativ mühit yaratmaq üçün hazırlanmışdır və Bakcell şirkəti daxilində korrupsiya risklərinin qarşısının alınmasına yönəlmiş beynəlxalq və yerli təcrübə və normaları əhatə edir. Bu sistemlər vasitəsi ilə hər hansı bir maraqlı şəxsin rüşvət və korrupsiya ilə mübarizə çərçivəsində pozuntular və ya pozuntular haqqında şübhə barədə bizə məlumat verməsinə şərait yaradırıq.
Yuxarıda təsvir olunan hallarda, zəhmət olmasa qaynar xətt kanallarımızdan istifadə edin: compliance@bakcell.com elektron poçt ünvanı və mobil telefon: +994555907006.